"Heykəl məhbusu" ailəsi ilə görüşüb

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan gənc fəal Bayram Məmmədov İyulun 2-də ailəsi ilə görüşüb.
Muxalifet.az xəbər verir ki, bu barədə məhbusun atası Fərman Məmmədov AzadlıqRadiosuna bildirib.
Fərman Məmmədov oğlunun vəziyyətinin yaxşı olduğunu, səhhətində ciddi problem yaşanmadığını dedi: “Hər halda, bizə “Yaxşıyam” dedi”.