Heydər Əliyev prospektində DƏHŞƏTLİ QƏZA - Ölən və yaralananlar var

Baxış sayı:
3358

Dekabrın 12-də saat 20 radələrində İmişli şəhərində ağır yol qəzası baş verib. Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, İmişli şəhəri Heydər Əliyev prospektində K.Mirzəzadənin idarə etdiyi “QAZ-33021” və Beyləqan rayon sakini Emin Quliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə E.Quliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər. İmişli RPŞ tərəfindən araşdırma aparılır.