Helikopter partladı: səud şahzadəsi və 9 məmur öldü

Səudiyyə Ərəbistanında içində rəsmilərin olduğu helikopter qəzaya uğrayıb.
 
Bu barədə yerli “Akaz” agentliyi məlumat yayıb.
Helikopterdə olan Əsir bölgəsi əmirinin müavini Mansur ibn Mukrin ibn Abduləziz əs-Səud və Əsir şəhər polisinin rəisinin öldüyü bildirilir.
"Əl Cəzirə" kanalı helikopterdə daha 8 yüksək çinli məmurun olduğu barədə məlumat yayıb.
Onların yoxlama aparmaq məqsədi ilə səfərə çıxdıqları qeyd edilir.|axar.az