Hegemonluğumuz başa çatır – ABŞ-dan etiraf

II Dünya müharibəsindən sonra ABŞ tərəfindən qurulan nizam zəifləyib, hətta dağılmağa başlayıb.
 
Bu barədə Pentaqonun yaydığı hesabatda deyilib. “Liderlik sonrası dünya nizamında risk analizi” adlı hesabat ABŞ ordusunun yüksək çinli zabitləri tərəfindən 1 illik araşdırma nəticəsində hazırlanıb.
Hesabata görə, ABŞ imperiyasının çökməsinin əsas səbəbi beynəlxalq arenada demək olar ki, bütün dövlətçilik ünsürlərində baş verən inqilabi dəyişikliklərdir. ABŞ demək olar ki, bütün trendlərdən zərbə alır və yeni nizamla ayaqlaşa bilmir. Yeni yaranmış nizamın adı “hakimiyyətə dirəniş” olaraq göstərilir.
Araşdırmalara əsasən, ABŞ-ın mənafelerinə ən böyük təhlükə kimi Çin və Rusiya ilə yanaşı Ərəb Baharı və bu tipli inqilablar göstərilib. ABŞ-ın yeni dünya nizamında öz gücünü qoruması üçün daha çox kəşfiyyat fəaliyyəti, manipulyasiya xarakterli təşviqat, psixoloji müharibə aparması tövsiyə olunub./axar.az