“Heç vaxt müharibə ilə lovğalanma!” - Amerikalı məşhur TRAMPA ÇAĞIRIŞ ETDİ

Baxış sayı:
3424

Amerika Birləşmiş Ştatlarının (ABŞ) yığmasının futbolçusu və qadınlar arasında “Qızıl top" mükafatını qazanmış Meqan Rapino ABŞ Prezidenti Donald Trampı tənqid edib.

“Yeni Sabah” xəbər verir ki, tənqidə səbəb ABŞ-ın yaxın günlərdə keçirdiyi əməliyyatlar olub. Qadın idmançı müharibəni pisləyib və Trampı bundan çəkinməyə çağırıb:

"Silahla birlikdə biz həmçinin, insanlarımızı da göndərəcəyik. Onların əksəriyyəti gənc olacaqlar (amma şübhəsiz ki, sənin uşaqların yox). Sən həqiqətən, anlayırsan ki, nə danışırsan? Heç vaxt müharibə ilə lovğalanma, Tramp, çünki bu o deməkdir ki, amerikalılar öləcəklər”.

Xatırladaq ki, Tramp bir müddət öncə “Twitter” hesabında İranın Amerika hərbi bazasına və vətəndaşına hücum edəcəyi halda buna qarşılıq verəcəyini yazıb: "Birləşmiş Ştatlar hərbi texnikaya iki trilyon dollar xərcləyib. Bizim dünyada ən böyük və ən yaxşı ordumuz var! Əgər İran Amerika bazasına və ya istənilən başqa amerikalıya hücum etsə, biz yeni gözəl silahla hərbi hissəni göndərəcəyik … və tərəddüdsüz!"

ABŞ-ın İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığına edilən raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymanini öldürülüb. Bundan sonra isə hər iki ölkə arasında gərginlik yaşanır.