“Heç kim bizi NATO-dan ÇIXARA BİLMƏZ” - ÇAVUŞOĞLU

Baxış sayı:
2869

Terkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin NATO üzvlüyünün təhlükədə olduğu istiqamətindəki fikirlərin həqiqəti əks etdirmədiyini bildirərək, "Heç kim bizi NATO-dan çıxara bilməz, bu texniki cəhətdən mümkün değildir" deyib.
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Almaniyaya səfəri çərçivəsində bir mətbuat orqanına müsahibə verib. Çavuşoğlu, Türk-Alman münasibətləri və “Zeytun Budağı” Hərəkatı haqqında mühüm açıqlamalar verib.
Çavuşoğlu, "ABŞ-da bəziləri, müttəfiq olaraq Ankaraya şübhə ilə yanaşır. “Türkiyənin NATO üzvlüyü təhlükədə ola bilərmi” sualına belə cavab verib:
 
HEÇ KİMSƏ BİZİ NATO-dan ÇIXARA BİLMƏZ
 
"Biz NATO-nun qurucu üzvü olub, ittifaqa bir çox töhfələr vermişik. Əfqanıstan və başqa ölkələrdə təsirimiz çox güclüdür. Biz, əsas müttəfiqlərdən biriyik. Bu, bizim strateji seçimimizdir. Heç kim bizi NATO-dan çıxara bilməz, bu texniki cəhətdən mümkün deyil.
Burada, Türkiyə əleyhinə duyğular söz mövzusudur. Ancaq NATO üzvlüyümüzün sorğulanmasına icazə vermərik. NATO bizim evimizdir. Biri gəlib, NATO-nun evimiz olmadığını kim deyə bilər? Bəzi Qərb ölkələri, Türkiyə kimi ölkələrə qarşı necə davranıldığını təəssüf ki, hələ də bilmirlər.
Artıq Türkiyəyə 20 il öncəsi kimi rəftar edilə bilməz. Türk milləti bunu rədd edir. ABŞ və Aİ Türkiyənin bərabərhüquqlu tərəfdaş olduğunu anlamalıdır".
Müxalifət.az