HDP VƏ CHP ittifaqının təməli ABŞ-da MKİ OFİSİNDƏ ATILIB

Baxış sayı:
547

Türkiyədə “Ədalət Yürüşü” və sonra başlayan CHP-HDP gizli ittifaqının əsasının FETÖ-nun məktub daşıyanı CHP-li Ayda Erdemir ilə Öztürk Yılmaz tərəfindən ABŞ-da MKİ ofisində atıldığı ortaya çıxıb.
 
CHP sədrinin müavini Öztürk Yılmazın ötən il Amerikaya etdiyi sirr dolu səfərin səbəbi ifşa olub. CHP sədri Kamal Kılıçdaroğlunun Ankaradan İstanbula qədər həyata keçirdiyi “Ədalət Yürüşü” aksiyasının əsaslarının FETÖ himayəsində ABŞ-da atıldığı bəlli olub. Öztürk Yılmaz ilə FETÖ-nun kuryeri Ayda Erdemirin Amerikada keçirdiyi görüşdə “Ədalət Yürüşü”ndən PKK-nın siyasi qanadı olan HDP ilə seçkilərdə gizli ittifaqa qədər bir çox qərar alındığı müəyyənləşib. Danışıqlar hazırkı ABŞ dövlət katibi və keçmiş MKİ rəhbəri Mayk Pompeonun MKİ sədri olduğu dövrdə idarə etdiyi Demokratiyaları Müdafiə Fondunun ofisində keçirilib.
Müxalifət.az