HDP uduzsa da, PKK/YPG Suriyada "bayram" etdi

Baxış sayı:
7465

YPG/PKK terror təşkilatının tərəfdarları Türkiyədəki seçki nəticələrindən sonra Suriyanın Hasəkə bölgəsində bayram edib. Şırnak, Bitlis və Ağrı kimi rayonlarla yanaşı, bir çox rayonda də bələdiyyə sədrliyini AK Partiyaya uduzan HDP-nin seçki məğlubiyyətinə baxmayaraq YPG terror təşkilatı üzvlərinin bayram keçirməsi təəccüblə qarşılanıb. PKK-nın Suriya davamı olan YPG-lilər Suriyanın Hasəkə bölgəsində HDP və YPG bayraq və vımpelləri ilə bəzədilmiş avtomobillərlə sözdə qələbə turuna çıxıb. Müxalifət.az