HDP İsrailin xəritəsini cizdi: Türkiyə əleyhinə çirkli oyun - TƏHLİL

Baxış sayı:
3250

Haber7.com-un müəllifi Taha Dağlı HDP-nin həmsədri Sezai Təməlin "vəd edilmiş torpaqlar" sözlərindən dərhal sonra sionistlərin çəkib bölüşdüyü xəritənin arxasındakı oyunu "HDP bəyan etdi, İsrail xəritəsini cızdı" adlı bir köşə yazısıyla qələmə alıb.
 
Taha Dağlının o yazısı;
 
HDP həmsədri Sezai Təməl Türkiyənin cənub-şərqi üçün "buralar vəd edilmiş torpaqlardır, Musa bütün ömrünü bu torpaqları axtarmaq üçün keçirdi" deyə bir söz edib.
Bəs Təməl "vəd edilmiş torpaqlar" məsələsini niyə ortaya atdı, o cümlələr çıxışı zamanı elə belə verilmiş bir örnəkmi, yoxsa bir mesaj idimi? Çünki Təməlin “vəd edilmiş torpaqlar” sözündən sonra İsraillilər dərhal bir xəritə ortaya çıxardılar.
“Vəd edilmiş ərazilər" İsrailin Fələstini işğal edərkən istifadə etdiyi Sionist bir deyimdir. Fələstin ilə kifayətlənmirlər, bu Sionist layihənin içərisində Suriya, İraq və Türkiyə də var.
Xatırlayın, 25 sentyabr 2017-də İraqın şimalındakı qondarma referendumun ən böyük dəstəkçisi İsrail və Sionistlər olmuşdu.
O referendumla kürd dövləti qurulsaydı, İsrail vəd edilmiş ərazilərindən birinə daha çatmış olacaqdı.
6 dekabr 2017-də Qüdsün İsrailin paytaxtı kimi tanınması, sonra İsraillilərin çıxardığı Yəhudi millət dövləti qanunu, sonra Suriyaya bağlı Golanın İsrail xəritəsinə daxil edilməsi və son olaraq İsrailin baş naziri Netanyahunun sabahkı seçki öncəsi "Qərbi Şerianı ilhaq edəcəyik" vədini Böyük İsrail layihəsinin addım addım irəlilədiyini göstərir.
Onlar Fələstin və ətrafını ABŞ ilə birlikdə həll edə bilirlər, əsas məsələləri isə Suriyanın şimal qərbi ilə Türkiyənin cənub şərqidir.
Məhz bu döngədə PKK terror təşkilatının siyasi ayağı HDP-nin ən təpəsindəki şəxs olan Sezai Təməl cənub-şərq istiqamətimizi "vəd edilmiş torpaqlar" - deyə birilərinə ticarət etməyə qalxır.
Bazarlama deyirəm, çünki Təməlin o mesajına İsraildən anında qarşılıq gəldi.
Sərt bir Sionist olan akademik Edy Koen Təməlin sözlərini "Kürd lider kürd ərazilərinin Türkiyədən ayrılacağını söylədi" deyərək bəyan etdi.
Sonra da HDP-li Sezai Təməlin vəd edilmiş torpaqlar mesajına "Türkiyənin cənub-şərqini sözdə kürd dövləti kimi göstərən bir işğal xəritəsi paylaşıldı və "az qaldı" ifadəsi yazıldı.
Yəni PKK-HDP-nin "vəd edilmiş torpaqlar" - deyə bəhs etdiyi cənub-şərqə İsrailli Sionistlər dərhal bir xəritə yapışdırıb, "yaxında qurulacaq" mesajı verdi.
Netanyahunun ən böyük məqsədi Sionist xəyali olan sözdə dövləti vəd edilmiş torpaqlar üzərində qurmaqdır. PKK terror təşkilatı bu layihədə İsrail üçün çox həyati bir vəzifə yerinə yetirir. Dərdləri heç vaxt kürdlərə dövlət filan qurmaq deyil, PKK terror təşkilatının başında olduğu öz idarələrindəki ərazilərdən bəhs edirlər.
Bu səbəblə Netanyahu tez-tez Türkiyə "Kürdlərə qətliam edir" yalanı ilə günahlandırmağa çalışır, prezident Ərdoğanı və Türk əsgərini Suriyada "işğalçı" kimi təsvir edir.
İsrail baş nazirinin söylədiyi yalanların eyni HDP həmsədri Sezai Təməldə də var. Təməl daha əvvəl Türk əsgərinin Suriyada kürdləri qətlə yetirdiyini irəli sürmüş, Afrindəki PKK terrorçularına qarşı “Zeytun Budağı” əməliyyatına "işğal" demişdi.
İsrailin Fələstindəki işğal və hücumlarına dünyada yeganə təpki verən qüvvə Türkiyədir. Bu səbəbdən İsraillilər işğal və hücumlarını qanuniləşdirmək üçün tez-tez Fələstinlilərlə PKK terrorçularına oxşayan ifadələrə müraciət edir.
“Türkiyə bizə əsəbiləşir, amma özü də kürdlərə eynisini edir” şəklindəki bir fikri dövriyyəyə buraxırlar.
İsrail bu yalan ritorikanı tək başına istifadə etmir. Məsələ PKK olanda Sezai Təməlin bir daha Netanyahu ilə eyni ortaq payda görüşüb, eyni tezisi müdafiə etdiklərini görürük.
Təməl keçən ilki Afrin əməliyyatı zamanı "Türkiyə Afrində işğalçıdır" dedikdən sonra "Ərdoğan işğalçı deyilik deyir, amma İsrail də bunu söyləyir" deyə bir söz işlətmişdi.
Yəni Təmələ görə, Türkiyə Afrində işğalçı deyilsə, İsrail də Fələstində işğalçı deyildir.
Niyə çünki Fələstin də, Suriya da, İraq da, Türkiyə də İsrailə vəd edilmiş torpaqlardır, insan heç müqəddəs kitabında fitri olaraq ona haqq verilən torpaqlarda işğalçı olarmı heç?
Sezai Təməlin dərdi də məhz bunları izah etməkdir.
Halbuki İsrail Fələstinlilərin rəsmi ərazilərini qəsb edib, o insanları qətlə yetirərək bir terror dövləti qurur, PKK isə Türkiyədə günahsız insanlara terror aktı təşkil edib, bizim dövlətimizin torpaqlarını işğal etməyə qalxır.
Yəni bu istiqamətdə bir bənzətmə aparılacaqsa, PKK terror təşkilatının qarşılığı İsrailin özüdür, Fələstinlilər heç vaxt ola bilməz.
Hazırladı: Müxalifət.az