HDP-dən çağırış: Neftə güvənərək siyasət aparmaq olmaz
31-10-2017 19:52

Kürdlər sadəcə neftə güvənərək siyasət yürüdülməyəcəyini anlaya bilmədi.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) sözçüsü Ayxan Bilgə Kürdüstan lideri Məsud Bərzani ilə bağlı çıxışında deyib.
“Əlbəttə, hamımız bu proseslərdən dərs çıxarmalıyıq. Kürd siyasətçilərin etdiyi səhvlərin bədəlini türkmanların, ərəblərin və s. millətlərin ödəməsi qəbuledilməzdir”, - sözçü bildirib.