Əhəd Abıyevin səhhəti ilə bağlı MÜƏMMA

Yeniçağ.az saytı Daşkəsən Rayonun İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problem yaranması, müalicə üçün Almaniyaya aparılması barədə məlumat yayıb.
 
Publika.az-ın əməkdaşı yayılan məlumata aydınlıq gətirmək üçün İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Vüqar Məmmədovla əlaqə saxlayıb.
O, yayılan məlumatın yalan olduğunu bildirib: “Başçımız hazırda iş başındadır. Səhhətində isə heç bir problem yoxdur. Yazılan məlumatlar yalandır. Əhəd müəllim icra hakimiyyətində otağındadır”.
Ə.Abıyev iş otağına zəng edib danışmaq istədik. Telefona cavab verən katibəsi Əhəd Abıyevin hazırda otaqda olmadığını, rayonda baş vermiş hadisə ilə bağlı ərazidə olduğunu dedi. Lakin icra başçısının hansı hadisə ilə bağlı ərazidə olması barədə məlumat vermədi.
Ə.Abıyevin köməkçisi ilə məzuniyyətdə olduğundan danışa bilmədik. İcra başçısının mobil telefonu ilə əlaqə saxlayıb danışmağa çalışsaq da, nömrəsinə zəng çatmadı.