Əhəd Abıyev ötən həftənin “media qəhrəmanı” seçildi – 17 SAYT İCRA BAŞÇISI HAQDA TƏNQİDİ MƏQALƏ YAZDI

Medianın “diqqətində” olan icra başçıları arasında Adil Vəliyev ikinci yeri tutur

Baxış sayı:
14858

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 27 noyabr – 03 dekabr tarixində mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “PA-dan jurnalisti söyən başçıya mesaj: Əhəd Abıyev çıxarıla bilər”,  “Əhəd Abıyevin topdağıtmaz şok biznes imperiyasının - Gizlinləri”“Əhəd Abıyev köşəyə görə jurnalisti təhqir etdirir” adlı 3 məqalənin 17 elektron KİV-də yayılmasıyla Daşkəsən  rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyətinin başçıları arasında 2-ci yeri isə  “Müştəri yox, tıxac çox: icra başçısı “Razin talkuçkası”nı niyə sökmür?” “İcra başçısı binanı söküb, camaatı çıxarıb, “Bakıxanov residence”ə peşkəş etdi” adlı 2 məqalənin 10 elektron KİV-də yayılmasıyla Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tutur.

Nəhayət, həftə ərzində mətbuatda adı ən çox hallanan icra başçıları arasında Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov “İki şəxsin ölümünə səbəb olan avtoş oğulu, icra başçısı olan atası həbsdən necə qurtardı”, “Nəsimi rayon icra başçisi zibil qablarinin yerini satib qarabağ əlilinin avtomobilini «girov» götürdü” adlı 2 məqalənin 5,

Ağdam rayon İcra  Hakimiyyəti  başçısı Raqub Məmmədov “Sabiq icra başçısından sensasion məktub: Əmisi Əli Kərimlinin, özü Çovdarovun yanında... - Ağdam şefinin kürəkəni haqda şok məktub”, “Ağdam rayon İcra Hakimiyyətinin başçısından daha bir qalmaqallı təyinat – 100 min manatlıq post” başlıqlı 2 məqalənin 5 və

Tərtər  rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  “Tərtərdə icra hakimiyyətinə problemini həll etməyə müraciət edənləri Tərtər polisi döyüb, söyərək şöbəyə aparır” adlı məqalənin də eyni sayda KİV-də işıqalndırılması ilə 3-ci yeri bölüşürlər.

Muxalifet.az