Əhəd Abıyev: Məgər Daşkəsəndən Almaniyaya təyyarə reysi var?

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev təcili müalicə üçün Almaniyaya aparılması barədə yayılan xəbərlərə münasibət bildirib.
 
Ə.Abıyev “Ölkə.Az”-a açıqlamasında yayılan xəbərlərin doğru olmadığını deyib:
“Yazırlar ki, guya səhhətim qəfil pisləşib və Almaniyaya aparılmışam. Bütün bunlar cəfəngiyyatdır. Hazırda da işimin başındayam. Ötən gün isə iclas keçirmişəm. Mən necə Almaniyaya getmişəm ki, Daşkəsəndə işimin başındayam? Məgər Daşkəsəndən Almaniyaya təyyarə reysi var? Bütün bunlar uydurma xəbərlərdir”.
Xatırladaq ki, yerli saytlardan birinin  yaydığı xəbərə görə, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlər yaranıb.