​HƏBSXANAYA NARKOTİK KEÇİRMƏK İSTƏDİLƏR

Baxış sayı:
2659

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Publika.az-ın xəbərinə görə, Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.2; 234.4.3 və 66.3-cü maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəcəfov Cahangir Fərhad oğlunun yanına uzunmüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Nəcəfov Fərhad Quli oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən alt paltarının içində gizlətdiyi 0,593 qram narkotik maddə - marixuana aşkar edilib.
Qeyd olunan faktla bağlı araşdırma aparılır.