"Həbsxanada olanda fikirləşirdim ki, onu canlı görə bilməyəcəm" - MEHMAN QARDAŞI İLƏ / FOTO

Baxış sayı:
2410

Blogger Mehman Hüseynov 8 ildən sonra ölkə hüdudlarından kənara çıxa bilib.

O, İsveçrədə mühacir həyatı yaşayan qardaşı Emin Hüseynovla görüşüb və birgə foto çəkdirib. 

M.Hüseynov bu barədə özünün "facebook" hesabında bildirib.

Muxalifet.az bloggerin paylaşdığı həmin statusu və fotonu təqdim edir: 

"Nəhayət ki, illər sonra qardaşımla görüşə bildim. Yuxu kimi gəlir mənə. Həbsxanada olarkən fikirləşirdim ki, bir də heç vaxt onu canlı görə bilmiyəcəm. O xaricdə, məni isə girov kimi saxlayırdılar qapalı bir yerdə. Mənim vasitəm ilə ona hədə qorxu gəlirdilər, təzyiq edirdilər. Amma o geriyə addım atmadı, sona qədər məni müdafiə etdi. Çox maraqlı hisslər keçirdim. Xoşbaxtam.

Çox təəsüf ki, anam bu günləri görə bilmədi...Əminəm ki, anamın ruhu çox xoşbəxt oldu bu an."