Həbsxanada İŞİD üsyanı: Çoxlu ölü və yaralı var

Baxış sayı:
4357

Tacikistanda İŞİD terrorçularının olduğu həbsxanada İŞİD-çılar üsyan təşkil edib, nəticədə yanğın baş verib. Ayrıca bu üsyan nəticəsində İŞİD terrorçuları 3 həbsxana gözətçisini, 5 nəfər də məhkumu öldürüb. Üsyana müdaxilə edən hərbçilər 29 üsyançını öldürüb.
 
Üsyan hadisəsi Tacikistanın paytaxtı Duşanbədəki Vahdat Həbsxanasında, gecə saatlarında baş verib.
 
Rəsmi açıqlamaya görə, paytaxt Düşənbənin 15 kilometr şərqində olan Vahdat Həbsxanasında dünən gecə çıxan üsyan, Suriyada terror təşkilatı İŞİD tərəflərində öldürülən köhnə tacik komandir Halim Gulmuradovun oğlu Behruz Gulmurad ilə digər məhkumlar Fəxrəddin Gulov, Mahmadullo Şaripov və Ruhulla Hasanov tərəfindən təşkil olunmuşdur.
Açıqlamada, terror təşkilatı İŞİD üzvü olan söz mövzusu məhkumların üsyan əsnasında 3 gözətçini və 5 məhkumu öldürdüyü, bəzi məhkumları yaraladığı və təşkilat üzvü 8 məhkumu da sərbəst buraxdığı ifadə edilib. Həbsxanadakı tibb məntəqəsini də yandıran üsyançıların bir neçə gözətçi və məhkumu girov götürərək qaçmağa çalışdığı bildirilib. Açıqlamada, təhlükəsizlik gücləri tərəfindən təşkil edilən əməliyyatda 24 məhkumun öldürüldüyü, 35-nin də tutulduğu ifadə edilib.
Girovların azad olunduğu, həbsxanadakı vəziyyətin nəzarət altına alındığı və Respublika Prokurorluğunun cinayətlə əlaqədar istintaq başlatdığı qeyd edilib.
Ekspertlərin bildirdiyinə görə, ekstremizm ölkədə məhbuslar arasında sürətlə yayılır.
Qeyd edək ki, Tacikistanın şimalındakı Hocand Həbsxanasında baş verən iğtişaşlarda ötən noyabr ayında iki gözətçi və 25 məhkum həlak olmuşdu.
Müxalifət.az