Həbsxanada iğtişaş - MEKSİKADA

Meksikanın Mexiko ştatında həbsxanaların birində iğtişaş baş verib.
Trend-in məlumatına görə, iğtişaşın qarşısının alınması üçün təhlükəsizlik qüvvələri həbsxanaya cəlb edilib.
Hələlik itkilər və ya xəsarət alanlar barədə məlumat verilmir.
Qeyd edək ki, oktyabrın əvvəllərində Meksikanın Kadereyta şəhər həbsxanasında baş vermiş iğtişaşda 16 nəfər həlak olmuşdu.