Həbsxana rəisindən partiya sədrilə bağlı TƏQDİMAT

Baxış sayı: 82

12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan qeydiyyatı ləğv edilmiş Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun məhkəməsi keçirilib.
Qaradağ rayon Məhkəməsinin hakimi Rəşad Mustafayev ilahiyyatçının bu müəssisədən üç il müddətinə həbsxana rejiminə keçirilməsindən ötrü rəisin təqdimatına baxılır.
Məhkumun vəkili Yalçın İmanov bildirib ki, Rauf Məmmədovun təqdimatı və ona əlavə olunmuş sənədlər müdafiə tərəfinə təqdim olunmayıb.
Bundan sonra sənədlər vəkilə təqdim olunub.
Növbəti proses iyunun 14-də keçiriləcək.
Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 12 il həbs cəzası alıb.