Həbsxana bombardman edildi - AZI 50 NƏFƏR ÖLDÜ

Baxış sayı:
3910

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın həbsxanaya endirdiyi hava zərbələri nəticəsində ən azı 50 hərbi əsir ölüb.

Bu barədə məlumatı “Sınxua” agentliyi “Ənsar Allah” hərəkatının (husilər) bəyanatına istinadən yayıb.

Hadisə Damar əyalətinin mərkəzində baş verib.

“Reuters” agentliyinin məlumatına görə, koalisiya qüvvələri 6 aviazərbə endirib./Report