Həbsi viza qadağasına səbəb olmuş MUSTAFA TOPUZUN WHATSAPP DANIŞIQLARI AÇILIB

Hurriyyet.org xəbər verir ki, sentyabrın 25-də həbs edilən ABŞ İstanbul Baş Konsulluğunun əməkdaşı Mətin Topuzun istifadə elədiyi və müsadirə olunan cib telefonunun şifrəsi İstanbul şəhər polis şöbəsinin əməkdaşları tərəfindən qırılıb. Topuz həbs ediləndən sonra ABŞ, telefonun onlara məxsus olduğunu bildirərək, Amerikaya verilməsini tələb eləmişdi.
Telefondakı WhatsApp qeydlərində Topuzun konsuluqda işləyən amerikalı diplomat ilə Rza Zərrabın həbsi barəsindəki danışıqları qalıb.
ABŞ Türkiyəyə nota verərək Metin Topuzun istifadə elədiyi və həbsindən sonra müsadirə edilən cib telefonun ABŞ dövlətinə məxsus olduğunu bildirərək onlara verilməsini tələb edib. Notada telefonun və SİM kart məlumatlarının Vyana müqaviləsinə görə, toxunulmazlıqda olduğu bildirilirdi.
Mətin Topuzun istifadə elədiyi telefondan minlərlə səhifəlik yazışma çıxıb və istintaq materiallarına əlavə edilib. Bu yazışmalardan biri Türkiyə mətbuatında yayılıb. Topuzun yaratdığı “Rza Zərrab” qrupundakı diqloqu diqqətinizə çatdırırıq:
Metin Topuz: (22 Mart 2016, saat 09.02) “Hürriyet” qəzeti yazır ki, Rza Zarrab, Mayamidə həbs olunub. İttiham: Amerika dövlətinin İrana qarşı iqtisadi embarqosunu pozmaq, bank fırıldaqları, pulların yuyulması. Türkiyədə yerləşən şirkətləri də (qəzetdə siyahısı var) təhqiqat altındadır.
Metin Topuz: (22 Mart 2016, saat 09.05) Ümid edirəm ki, Obama prokuroru günahlandırmaz.
ABŞ Baş Konsulluğunda işləyən ABŞ diplomatı K.: (22 Mart 2016, saat 09.29) Wow Zarrab... FBI, yoxsa DEA dosyası? Deyiblərmi?
Metin Topuz: (22 Mart 2016, saat 09.30) FBI...
ABŞi diplomatı K: (22 Mart, saat 09.30) Adamım. Böyük zərbə..
Metin Topuz: (22 Mart 2016, saat 09.32) FBI-a Türkiyədə xoş şanslar arzulayıram. Türkiyədəki şirkətləri barəsində məlumat almağa çalışacaqlar.
ABŞ diplomatı K: (22 Mart 2016, saat 09:32) Hahahahaha yeah. Siyasi əlaqələri səbəbindən əyləncəli olmayacağına əminəm. Dubayda da şaxəsinin olduğuna əminəm. Hətta orada daha yaxşı şans.
Metin Topuz: (22 Mart 2016, saat 09.33) O iranlıdır. Çox yaxında danışmağa başlayacaqdır.
 ABŞ diplomatı K: (22 Mart 2016, saat 09.34) İnşallah.
Qeyd edək ki,  bu ayın əvvəlində, FƏTÖ ilə bağlı aparılan istintaq  çərçivəsində barələrində cinayət işi başladılan keçmiş polis əməkdaşları Yakup Sayğılı, Nazmi Ardıç, Mahir Çakallı, Mehmet Akif Üner və keçmiş prokuror, Türkiyədən qaçdığı üçün hazırda axtarışda olan Zəkəriyyə Özlə işbirliyi təsbit edilən ABŞ Baş konsulluğunun əməkdaşı Metin Topuz barəsində həbs qərarı verilmişdi.
O, Konstitusiya qaydalarını pozmaqda, Dövlətin təhlükəsizliyi, xarici və daxili siyasi mənfəət baxımından gizli qalması vacib olan məlumatları ötürməklə casusluq etməkdə və Türkiyə hökumətini devirmək təşəbbüsündə təqsirli bilinir.