Həbsdə olan Qarabağ əlili dövlətdən sığorta pulunu ala bilmir – PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
657

Qarabağ müharibəsi veteranı, I qrup əlil, Qaradağ rayonu, Buta qəsəbəsi, 8 saylı cəzaçəkmə müəssisəsində çəza çəkən Ağayev Teymur İmran oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi ona verilməli olan sığorta məbləğinin əsassız olaraq ödənilməməsindən narzıdır. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən T.Ağayev yazır:
“Cənab Ali Baş Komandan!
Sizə bir Qarabağ Müharibəsi veteranı, 1-ci qrup əlil kimi müraciət edirəm.
1992-ci il iyunun 12-dən 21 oktyabradək Qarabağ müharibəsinin ən qızğın yerlərində, Tərtər rayonu istiqamətində döyüşmüş, bir çox strateji əraziləri düşməndən azad etmiş və son döyüş zamanı ağır yaralanmışam. Elə o vaxtdan 1-ci qrup əlil olaraq yaşayıram.
Mən, dəgər əlil olmuş müharibə veteranları kimi, Dövlət Sığorta Kommersiya şirkətinə 02 avqust 2019-cu il tarixində  müraciət edərək xahiş etmişdim ki, “Hərbi qulluqçuların dövlət icbarı şəxsi sıortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, uyğun olan sığorta ödənişi etsin. Lakin çox təəssüflər olsun ki, Dövlət Sığorta Kommersiya şirkəti sədrinin birinci müavini A.Hacıyevin imzası ilə aldığım 06 avqust 2019-cu il tarixli formal cavab məktubunda bildirilir: “28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuarın dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, əlillik dərəcəsi almış lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Bu məsələyə AR Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edilkdikdən sonra baxılacaqdır”.
Cənab Ali Baş Komandan Dövlət sığorta Kommersiya şirkətinin 06 avqust 209-cu il tarixli cavab məktubunda qeyd edilənlərə bir az diqqət yetirdikdə məlum olur ki, 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuarın dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanunla bağlı sığorta məbləğinin qısa müddətdə müəyyən edilməsi Milli Məclisə tövsiyə olunmasına baxmayaraq bu günədək çox təəssüflər olsun ki, Milli Məclis tərəfindən normativ hüquqi akt qəbul edilməmişdir. Buradan nəticəyə gəlirik ki, xalq tərəfindən seçilmiş Milli Məclis üzvləri , 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun Qərarına sayğısız yanaşırlar. Bu çox biabırçı haldır. Və hələ bilinmir ki, Milli Məclis neçənci əsrdə müvafiq normativ hüquqi akt qəbul edəcəkdir. Və nəticədə bizim kimi minlərlə saölamlığını itirmiş Qarbağ Müharibəsi döyüşçüsü ölənə qədər gözləyəccəyik ki, Milli Məclis nə vaxt vaxt ayırıb sığorta məsələsinə baxacaqdır. Bu süründürməçiliyin digər fəsadları ondan ibarətdir ki, bizim kimi canını, sağlamlığını Vətən yolunda qoymuş döyüşçülərə onlara çatacaq haqqı ( sığorta məbləği) ödənmirsə, sabah gənc nəslin nümayəndələri hansı döyüş ruhu ilə torpaqlarımızın azad olunması uğrunda döyüşəcəkdir? Məncə bu aksiomalı məntiqin sübuta ehtiyacı yoxdur. Lakin Sizin tərəfinizdən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş 03 dekabr 2013-cü il tarixli Fərmanı kifayət edir ki, bizim kateqoriyalı insanlara sığorta ödənişləri həyata keçirilmiş olsun.
Cənab Prezident!
Hesab edirəm ki, yaşadığımız indiki müharibə şəraitində Dövlət Sığorta Kommersiya şirkətində, Milli Məclisdə kök salmış pozucu qüvvələrin aşkar edilməsi və barələrində qanunamüvafiq tədbirlər görülməsinin zamanıdır.
Bir daha Sizdən xahiş edirəm, şəxsən mənə qanunvericilikdə nəzərdə tutulmuş sığorta ödənişinin (80 %-in) və əlavə olaraq sığortanın gecikdirilməsinə görə hər gün üçün nəzərdə tutulan 0.5 % pulun hesablanaraq ödəniməsinə göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.