Həbsdə olan partiya sədri Ərdoğana rəqib oldu – RƏSMİ AÇIQLAMA

Baxış sayı:
3142

Türkiyənin Xalqların Demokratik Partiyasının sədri Səlahəddin Dəmirdaşın prezidentliyə namizədliyi irəli sürülüb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı HDP Ali Seçki Şurasına rəsmi müraciət edib.
Partiyadan verilən açıqlamada HDP millət vəkillərinin razılığı əsasında Dəmirdaşın namizədliyinin irəli sürüldüyü bildirilib.
Qeyd edək ki, S. Dəmirdaş Ədirnə həbsxanasında saxlanılır.