​Həbsdə olan azərbaycanlı milyarderlə bağlı yeni xəbər

ABŞ-da həbsdə saxlanılan azərbaycanlı milyarder Rza Zərrab və Türkiyənin “Xalqbank”nın direktor müavini Məhməd Hakan Atilla haqqında yeni məlumat yayılıb.
Muxalifet.az xəbər verir ki, Zərrabın məhkəmə prosesinin bu həftə keçirilməyəcəyi bildirilib.
Atillanın isə təkbaşına mühakimə ediləcəyi vurğulanıb.
Xatırladaq ki, əslən azərbaycanlı olan Rza Zərrab ABŞ-da həbsdədir. O, İrana qarşı embarqonun pozulmasında, korrupsiyada və çirkli pulların yuyulmasında ittiham edilir.
M.H.Atilla da həmçinin İrana tətbiq olunan sanksiyaları pozmaqda ittiham edilir.