​Həbs olunan şahzadə iki günə 1 MİLYARD DOLLAR İTİRDİ

Səudiyyə şahzadəsi Bin Əl-Valid Talal korrupsiyada şübhəli bilinərək tutulandan sonra iki gün ərzində 1 milyard dollardan çox itki ilə üzləşib.
Muxalifət.az bildirir ki, bu haqda Bloomberg məlumat yayıb.
Əl-Valid dünyanın ən zəngin insanlarından biridir, onun sərvəti 17.8 milyard dollar qiymətləndirilir. Ancaq, korrupsiyada şübhəli bilinən şahzadənin həbsindən sonra, onun kapitalı 1.3 milyard aşağı düşüb.