Həbs olunan şahzadə Əbdüləziz ibn Fəhd öldü - SON DƏQİQƏ

Səudiyyə Ərəbistanında şahzadələrin və nazirlərin həbs edilməsindən sonra daha bir xəbər yayılıb.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, həbs edilənlərin saxlanıldığı “Ritz-Carlton” hotelində qarşıdurma yaşanıb.
Kral Fəhdin oğlu Şahzadə Əbdüləziz ibn Fəhd qarşıdurma zamanı müqavimət göstərib və burada ölüb.
Bəzi qaynaqlar isə şahzadənin hoteldə ürək infarktı keçirərək öldüyünü bildirib.