Həbs olunan generalı istintaq təcridxanasından buraxdılar - ƏFQAN NAĞIYEV EV DUSTAĞI OLDU...

Baxış sayı:
3578

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs olunan Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

Virtualaz.org-a məlum olub ki, avqustun 8-də Bakı Hərbi Məhkəməsi Ə.Nağıyev barəsindəki həbs qətimkan tədbiri qərarını dəyişərək onu ev dustaqlığı ilə əvəz edib. Ə.Nağıyev hazırda evində nəzarət altındadır.

Xatırladaq ki, mayın 16-da Bakı Hərbi Məhkəməsi Əfqan Nağıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Generala qarşı Cinayət Məcəlləsinin 308 ("Vəzifə səlahiyyətləri aşma") və 313 ("Xidməti saxtakarlıq") maddələri ilə ittihamlar irəli sürülüb.