​"Həbiblə döyüşdən 3 həftə əvvəl ayağımı qırdım" - Konor Makqreqor

Baxış sayı:
8575

3 çəki kateqoriyasında keçmiş UFC çempionu Konor Makqreqor Həbib Nurməhəmmədovla döyüşdən 3 həftə əvvəl zədələndiyini bildirib.
Bu barədə idmançı şəxsi Twitter hesabında yazıb.
İrlandiyalı döyüşçü "Mübarizədən 3 həftə əvvəl ayağımı qırdım. Buna baxmayaraq oktaqona getdim və gecənin son zərbələrini vurdum" deyə yazıb.
Qeyd edək ki, 6 oktyabr 2018-ci ildə yüngül çəkidə kəmər döyüşündə Konor Həbibə məğlub olmuşdu./Milli.Az