Həbibdən Türkiyədən gələn gözlənilməz jestə cavab

Baxış sayı:
2752

Las-Veqasda keçirilən UFC 229 turnirində irlandiyalı Konor Makqreqora qalib gələrək bir anda bütün müsəlmanların sevimlisinə çevrilən rusiyalı idmançı Həbib Nurməhəmmədovu İstanbuldan gələn dəvəti qəbul edib.
Muxalifet.az xəbər verir ki, rusiyalı döyüşçü oktyabrın 24-də Çempionlar Liqasının 3-cü turu çərçivəsində “Türk Telekom” stadionunda Almaniyanın “Şalke 04” klubu ilə keçiriləcək matçı canlı izləyəcək.
Xatırladaq ki, “Qalatasaray” döyüşün keçirilməsindən 2 gün sonra dağıstanlı idmançını “Şalke 04” klubu ilə keçiriləcək matça dəvət etmişdi.