​Həbibdən ŞOK AÇIQLAMA: "Makqreor mənə onu öldürməmək üçün yalvarırdı"

Baxış sayı:
7249

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi olan rusiyalı samboçu Həbib Nurməhəmmədov Londonda mətbuat konfransında verdiyi açıqlama ilə gündəmə gəlb.
Muxalifet.az open.az-a istinadən xəbər verir ki, Nurməhəmmədov keçmiş dünya çempionu Konoq Makqreqorla yenidən döyüş imkanını rədd edib.
O, Makqreqorun döyüş üçün çox zəif və onunla ikinci dəfə vuruşmağın mənasız olduğunu bildirib: "Son üç ildə o, həvəskar boksda yalnız bir qələbəyə sahibdir. Makqreqor məndən necə intiqam ala bilər? O, mənimlə yarışda döyüldü. Makqreqor mənə yalvarırdı ki, onu öldürməyim".
Bundan əlavə, Nurməhəmmədov amerikalı döyüşçü Toni Ferqyuson və Dastin Pore ilə döyüşməyə hazırlaşır.