Həbibə təklif olunan 2 milyon “ZİBİL” ÇIXDI: “Bu axmaq...”

Baxış sayı:
4609

Rusiya KİV-ri xəbər verir ki, Ceksonun təklif etdiyi məbləğə menecerin reaksiyası münaqişəyə səbəb olub.
Həbib Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz təklif olunan 2 milyon dolların “sadəcə zibil” olduğunu yazıb. Onun sözlərinə görə, Həbib bu pula “hətta Koka-kolanın butulkasını açmayacaq”.
“Pis təsəvvürün daha bir nümunəsi. Bu axmaq ucuz kostyumda böyük pul haqqında danışır. Gülməlidir!” - reper cavabında yazıb.
Qeyd edək ki, daha əvvəl 50 Cent UFC-nin Həbib Nurməhəmmədov barəsində qəbul etdiyi sanksiyaları ittiham edib və rusiyalıya “Bellator”a keçid üçün 2 milyon dollar söz verib. Buna cavab olaraq, döyüşçü Ceksonu məsələni müzakirə etmək üçün Dağıstana dəvət edib.
Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.
Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.