​Həbib Nurməhəmmədovun AİLƏSİNDƏ XOŞ GÜN: 3-cü dəfə...

Baxış sayı:
292

Yüngül çəkidə UFC çempionu, Rusiya döyüşçüsü Həbib Nurməhəmmədovun ailəsində artım gözlənilir.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumatına görə, H. Nurməhəmmədov tezliklə növbəti dəfə ata olacaq. Bu övlad idmançı üçün üçüncü olacaq.
“Həbibin iki uşağı var. Üçüncünü gözləyirik”, - “Sport24.ru” nəşri döyüşçünün atası Əbdülmanap Nurməhəmmədovun sözlərini sitat gətirib.
Qeyd edək ki, H. Nurməhəmmədovun şəxsi həyatı haqda az məlumat var - idmançı evlidir, 2015-ci ilin iyununda qız, 2017-ci ilin dekabrında isə oğlu dünyaya gəlib.