Həbib Nurməhəmmədovdan PREZİDENTİN - İDDİALARINA CAVAB

Baxış sayı:
14050

Məşhur qaydasız döyüş ustası (MMA) Həbib Nurməhəmmədov Çeçenistan prezidenti Ramzan Kadırovun 19-cu əsrdə Rusiya ilə Qafqazdakı müharibədə İmam Şamilin rolu haqqında verdiyi açıqlamaya münasibət bildirib. "Ölkə.Az" Rusiya mətbuatına istinadən xəbər verir ki, idmançı "İnstagram"da bunları yazıb:" Allaha and olsun ki, bəzən İmam Şamil kimi olmaqdan nə qədər uzaq olduğumu bildiyim üçün utanıram". Bir sıra məşhur idmançılar Həbibin fikrini təqdir ediblər. Qeyd edək ki, avqustun 7-də Kadırovmüshaibəsində İmam Şamilin ölkəsinə qarşı üsyan etdiyini söyləyib. Şamilin çeçen xalqının taleyindəki rolu barədə verilən suala Kadırov, "Onun dövründə uşaqlar, qadınlar, qoca insanlar soyuqdan və aclıqdan ölüblər" deyərək cavab verib. Dağıstan Müftiliyi Kadırovun sözləri ilə razılaşmayıb. Şamil 1834-1859-cu illər arasında Dağıstanın üçüncü imamı olub. 1840-cı ildə Qərbi Dağıstan və Çeçenistanın dağlıq ərazilərini birləşdirmək və eyni zamanda Çeçenistanın imamı olmaq qərarına gəlib. 1840-cı ildən Çar ordusu ilə döyüşüb, 1859-cu ildə Dağıstanda Qünib kəndini ələ keçirərkən Şamil Şimali Qafqaz xalqlarının milli qəhrəmanı hesab olunub. İmam İmperator II Aleksandrla üç dəfə görüşüb. Görüşlərdən biri də dəvət olunduğu Tesareviç Aleksandrın toyunda baş tutub. 1869-cu ildə Rusiya imperatoru Şamili Məkkəyə həcc ziyarətinə buraxıb. Şamil Səudiyyə Ərəbistanının Mədinə şəhərində vəfat edib. Onun Əl-Baki qəbiristanlığında dəfn olunduğu bildirilir.