Həbib Nurməhəmmədov növbəti dəfə bu ölkədə döyüşəcək - İDMANÇININ ÖZÜ AÇIQLADI

Baxış sayı:
3804

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Rusiyanın birbaşa investisiyalar fondunun rəhbəri Kiril Dmitriyevlə görüşüb. İdmançı daha sonra bildirib ki, növbəti döyüşünü böyük ehtimalla Rusiyada keçirəcək. Nurməhəmmədov “Instagram” hesabında yazıb: “Növbəti döyüşümün Rusiyada keçirilmə ehtimalı çoxdur. Kiril Aleksandroviçlə söhbətləşmək xoş oldu”. Xatırladaq ki, sentyabrın əvvəllərində rusiyalı döyüşçü UFC 242 çempionatında amerikalı rəqibi Dastin Poryeni məğlub edərək, növbəti dəfə yüngül çəkidə çempion titulunu qazanmışdı./yeniavaz.com