Həbib Nurməhəmmədov atası ilə rinqə çıxdı - VİDEO

Baxış sayı:
10648

UFC çempionu Həbib Nurməhəmmədov atası Əbdülmanaf Nurməhəmmədovlar rinqə çıxıb.
Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, bunu idmançının məşqçisi Xavyer Mendes İnstaqram səhifəsində paylaşıb.
Mendes qeyd edib ki, Nurməhəmmədov üçün atası ilə rinqdə məşq etmək vacibdir və bunu təkrar edəcək. Həbib 2018-ci ilin oktyabr ayından rinqə çıxmır. Bu zaman rusiyalı idmançı irland döyüşçü Konor Makreqoru məğlub etmişdi. Döyüşdən sonra baş verən davada iştirak etdiyi üçün Həbib 9 ay müddətinə idmandan uzaqlaşdırılıb. Onun növbəti döyüşü UFC 242 turnirində amerikalı Dastin Poryeyə qarşı 7 sentyabrda baş tutacaq.