Həbib növbəti dəfə bu ölkədə yarışmaq istəyir

Baxış sayı:
2091

UFC çempionu Həbib Nurməhəmmədov növbəti qarşılaşmasını Rusiyada keçirmək istəyir.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, sonuncu dəfə Əbu-Dabidə amerikalı Dastin Puaryeni məğlub edən idmançı bu dəfə iki şəhər seçimi edib.

“UFC ilə danışıqlar aparır. Mən çox istəyirəm ki, Rusiyada yarış keçirilsin. Ya Moskva, ya da Peterburq olacaq. Çox istəyirəm. Danışıqlar aparılır və 80% əminlik var ki, növbəti döyüşüm Rusiyada olacaq”, - deyə Həbib bildirib.