Həbib-Konor döyüşü Hamburqda təkrarlandı - Video

Baxış sayı:
1030

Almaniyanın Hamburq şəhərində Qarışıq Döyüşlər Üzrə çempionluq uğrunda yarışda həyəcanlı anlar yaşanıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, rinqə çıxan Feliks Şiffarz və türk əsilli Ömer Solmaz üz-üzə gəlib. Gərgin keçən döyüşün son anlarında rəqibinin sinəsində oturan Ömər Solmaz dayanmadan ona yumruq zərbələri endirməyə başlayıb. Bu zaman F.Şiffarzın komanda yoldaşları “məğlubiyyəti qəbul edirik” anlamında rinqə ağ dəsmal tullayıb. Ömər Solmaz isə rəqibinə yumruq zərbələri endirməkdə davam edib. Buna etiraz olaraq Feliks Şiffarzın komanda yoldaşları özlərini rinqin içinə atıblar. Hakim Ömər Solmazı onların hücumundan qorumağa çalışıb. Buna cavab olaraq türklər də özlərini rinqə atıb. Qarşıdurmada 30 nəfər iştirak edib. Türk tərəfdarlar rinqə Türkiyə bayrağı ilə çıxıb.
Qeyd edək ki, mömin müsəlman kimi saqqal saxlayan Ömər Solmaz Almaniyanı təmsil edir. Yəni, o, Almaniyada yaşayan türklərdən biridir.
Hazırda bu döyüş Almaniya mediasının diqqət mərkəzindədir. Həmin həyəcanlı məqamları özündə əks etdirən video-çəkilişlər Yutub üzərindən izləmə rekordları qırır.
Almaniya mediası Hamburqda baş verən bu döyüşü Las-Veqas döyüşü ilə müqayisə edir. Xatırladaq ki, 2018-ci il oktyabrın 6-da Las-Veqas şəhərində irland boksçu Konor Makqreqorla dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş sonuncunun möhtəşəm qələbəsi ilə başa çatdı.
Qarşılaşma təkcə rinqlə məhdudlaşmadı. Qələbə qazanan Nurməhəmmədov döyüşdən dərhal sonra rinqin divarlarını aşaraq zalda ona söyüş söyən Makqreqor komandasının üstünə atıldı və onlarla dalaşmağa başladı. Sonda onun komandasının üzvləri ilə Makqreqor və komandasının üzvləri arasında kütləvi xarakter alan dava başladı. Həmin döyüşü əks etdirən kadırlar indi də İnternetdə dolaşmaqdadır.