​Həbib Azərbaycana ÇAĞIRILDI: Atası AÇIQLADI

Baxış sayı:
7501

Mütləq döyüş çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovun atası və məşqçi Həbib Abdulmanap Nurməhəmmədov oğlunun planlarından danışıb.
Muxalifet.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Abdulmanap Nurməhəmmədovun sözlərinə görə, əgər Həbib 9 aylıq diskvalifikasiya edilərsə, məşq edəcək və dünyanı gəzəcək.
Onun sözlərinə görə, idmançı altı prezidentdən dəvət alıb, lakin bu dəvətlərə müsbət cavab vermək imkanına malik olmayıblar.
“Müsəlmanların çox yaşadığı Malayziyadan və İndoneziyadan təkliflər var və mən Həbiblə bu ölkələrə getmək istəyirəm. Qonşu Azərbaycandan, Türkmənistandan bizi çağırırlar.
Abdulmanap Nurməhəmmədov qeyd edib ki, Qırğızıstan prezidenti onları şəxsən çağırıb.
“Bu ölkədə bizə çox yaxşı mühafizə ayırdılar və bizi hamıdan xoş qarşıladılar”, - o əlavə edib.
Qeyd edək ki, dağıstanlı idmançının son təkbətək döyüşü oktyabrın 7-də baş tutub və o, Makqreqora qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu qoruyub.