​Havay adalarında istirahət edən İCRA BAŞÇISI - ŞOK İDDİALAR

Mətbuat Beyləqanın icra başçısı Vaqif Abdullayevin professor olmasından, Nəsiminin başçısı Asif Əsgərovun isə prezident tapşırıqlarını pozmasından yazdı...

Baxış sayı:
18469

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləlkilə, 24-30 iyul 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “Rəcəb Babaşov harda istirahət edir? - İLGİNC İDDİA”, “Qazaxın icra başçısı Havay adalarında istirahət edir?”, “Qazax rayon İcra başçısına müraciət”, “Qazaxın icra başçısı haqqında maraqlı etiraflar…” başlıqlı 4 məqalənin 8 saytda yayılması ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tutur. Hesabat dövründə elektron KİV-lərdə adı ən çox hallanan İcra hakimiyyətin başçıları arasında 2-ci yeri “Beyləqanın icra başçısı Vaqif Abdullayevin əxlaq və rüşvət sərgüzəştləri”, “Beyləqanın icra başçısı Vaqif Abdullayev necə professor oldu?”, “'58 YAŞINDA MÜDAFİƏ EDİB, 4 İLƏ PROFESSOR OLAN REKTOR VƏ …”, “Beyləqanda kompromat savaşı - Tofiq Sadıqov niyə icra baçısından yazdırır?” başlıqlı 4 məqalənin 7 elektron KİV-də yayılması ilə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tutur. Nəhayət, mətbuatda adı ən çox hallanan İcra hakimiyyətin başçıları arasında 3-cü yeri isə “Jurnalistlərə saxta saat bağışlayan, oğluna görə yemləyən Nəsimi başçısı – Şərh”, “Asif Əsgərov prezidentin tapşırıqlarını necə pozur – Nəsimi rayonundan VİDEOREPORTAJ” başlıqlı 2 məqalənin 3 elektron KİV-də yayılması ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tutur. Muxalifet.az