Havaların isti keçməsi qəzaların artmasına səbəb olur - VİDEO

Baxış sayı:
3749

Havaların isti keçməsi ölkə yollarında qəzaların çoxalmasına səbəb ola bilər.

"Xəzər xəbər"in məlumatına görə, mütəxəssislər istilər səbəbi ilə qəzaların baş vermə ehtimalının artdığını bildirir. Belə halla qarşılaşmaq istəməyən sürücülər isə bəzi nüansalara diqqət etməlidir.

Mütəxəssislər bildirir ki, yay aylarında uzaq səfərlərə çıxan sürücülərin sayı artdığından xüsusilə ağır qəzaların sayı çoxalır. Bu fakta istinin də təsiri böyükdür. Xüsusən də şinlərin və alt işlək hissələrin normalara cavab verməməsi qəza riskini artırır.

Bundan başqa, xüsusi ilə uzaq yola kondisionersiz və ya kondisioneri nasaz olan avtomobillərlə çıxmaq tövsiyə edilmir.

Mütəxəssislər tövsiyyə edir ki, uzaq səfərdən əvvəl avtomobil texniki baxışdan keçirilsin. Belə olan halda nasazlıq səbəbi ilə baş verən qəzaların da sayı azalar.