​Hava şəraiti dəyişib - FAKTİKİ HAVA

Baxış sayı:
8698

Noyabrın 21-i gündüzdən 22-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 21-i günün ikinci yarısından 22-si səhərədək hava şəraiti dəyişib, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv xarakterli olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Böyük Qafqazda 1-19, Qazax-Gəncə zonadında 1-4, Mərkəzi Aran rayonlarında 1-3 mm olub.