Hava limanında 2 təyyarə toqquşdu

Baxış sayı:
4750

Vnukovo aeroportunda iki təyyarə yedəyə alma zamanı toqquşub.
Muxalifet.az axar.az-a istinadən bildirir ki, "Azur Air" aviaşirkətinin Boinq-767 layneri "Rusiya" təyyarəsinin göyərtəsinə çırpılıb. İlkin məlumata görə, təyyarələrdən birinin sağ vinqleti, digərinin isə stabilizatoru zədələnib.
İnsident nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbi araşdırılır.