Harvard Universitetindən Səudiyyə şahzadəsinə şok!

Baxış sayı:
1678

ABŞ-ın öndə gələn universitetlərindən Harvard Universitetinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın xeyriyyə təşkilatı tərəfindən dəstəklənilən şagirdlərə ayrılan yaz məktəbi kontingentini ləğv etdiyi bildirilib.
 
Bu haqda “Harvard Crimson” xəbər saytı universitetin sözçüsü Jonathan L. Swain-ə istinadən xəbər verib.
Xəbərdə, ləğvin səbəbi ilə bağlı məlumat verilməyib.
Universitet bünyəsindəki Harvard Extension ilə xeyriyyə təşkilatı arasında 2016-da imzalanan 5 illik razılaşma çərçivəsində, 800 nəfərlik yaz məktəbində təşkilatın dəstəklədiyi Səudiyyə Ərəbistanılı şagirdlər üçün 100 nəfərlik kontingent ayrılırdı.
Jurnalist Camal Qaşıqçının oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbul Baş Konsolluğunda öldürülməsindən sonra Harvard və Massachusetts Texnologiya İnstitutu (MİT) kimi Amerikan universitetlərinin Səudiyyə hökuməti ilə maliyyə əlaqələri tənqid mövzusu olmuşdu.
Harvard Universitetinin Kennedy Məktəbi daha əvvəl məktəbdə 5 dəfə konfrans verən Səudiyyə şahzadəsi Türkü əl Faysalın noyabrda ediləcək konfransını Qaşıqçı cinayəti səbəbiylə ləğv etmişdi.
Müxalifət.az