Hardasan?!

Baxış sayı:
14125

Hikmət Nikbin
 
(İmadəddin Nəsiminin 650 illiyinə həsr olunur)
 
Nə eşqmiş bu, nə sevdaymış...qaynadı qanım, hardasan?!
Yarı canım özümlədir, eyy, yarı canım, hardasan?!
 
Alov aldı, nəfəsimdən buz alışdı, qana düşdüm-
Elə bildi bahar gəldi hamı...güllü şanım, hardasan?!
 
Oxşamıram dünənkimə, Yer də ağlamır halımı...
Mən adını İlahiyə deyim ya danım? Hardasan?!
 
Tanrı verdiyi dünyanı istəmirəm, götürmürəm,
Ay da nişan vermir səni mənə...məkanım, hardasan?!
 
Bakı qara gözlərindən bir də çətin ki, yarıya...
Gümanıma hökm edənim, "bəlkə"də anım, hardasan?!
 
Hikmət gəldi Xəzərinin gecəsinə sənə görə,
Di, sən də gəl! Ah...nə qədər sənsiz il sanım, hardasan?!