“Haraları işğal etmək istəyirsiniz” sualına Trampdan ilginc cavab

Baxış sayı:
4855

ABŞ-ın “FOX News” televiziyasına müsahibə verən prezident Donald Tramp, rəhbərliyinin iqtisadi siyasətini yüksək qiymətləndirib və iqtisadi cəhətdən güclü bir ölkə meydana gətirdiklərini bildirib.
 
Venesuela ilə əlaqədar iddiaları xatırladaraq haraları işğal etmək istəyi ilə bağlı suala, Tramp “Mən işğal etmək istəyirəm, təbii ki, buna məcbur olsam, iqtisadi olaraq işğal edərəm” deyə ilginc cavab verib.
Digər tərəfdən, Trampın bu sözləri İranla nüvə gərginliyinin artması nəzərə alındıqda Tehrana gözdağı kimi dəyərləndirilib.
 
Grahamdan Trampa cavab
 
Donald Trampın Venesuelada hərbi güc tətbiq etmək fikrini bu ilin əvvəlində senator Lindsey Graham ilə görüşündə dediyi iddia edilmişdi.
Trampın ondan “Venesuelaya qarşı hərbi müdaxilə məsələsində” nə düşündüyünü soruşduğunu söyləyən Graham, “Bu məsələdə ehtiyatlı olmalısınız, bu seçim problem yarada bilər” deyə cavab verdiyini bildirmişdi.
Graham bu cavabdan sonra Trampın təəccübləndiyini və “Hər yeri işğal etmək istəyirsiniz, təkcə istədiyim yerdən başqa" deyə bildirmişdi. Mən isə hərbi gücdən yalnız milli maraqlarımız təhdid edildikdə istifadə etmək istəyində olduğumu qeyd etmişdim.
Müxalifət.az