"Harada yazılıb ki, məntəqədə çəkiliş aparıla bilməz?" - MSK SƏDRİ

Baxış sayı:
2111

"Məntəqələrdə çəkilişin aparılıb-aparılmaması MSK-nın səlahiyyətində deyil". 

Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. 

Onun sözlərinə görə, MSK adından sui-istifadə edirlər: “Harada yazılıb ki, məntəqədə çəkiliş aparıla bilər və ya yox? Müşahidəçinin məntəqələrdə qeyd etmək hüququ var".