“Hamısı rüşvət və korrupsiya pullarıdır” – Deputat oğluna 450 minlik maşın alan icra başçısı haqda

Baxış sayı:
2509

“Bu maşını hansı pulla alıb? Hamısı rüşvət və korrupsiya pullarıdır”.

Muxalifet.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında milli Məclisin deputatı Vahid Əhmədov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna 275 min dollar (450 min manat) dəyərində olan avtomobil alması haqda məlumatlara münasibət bildirərkən deyib.

Deputat daha da irəli gedərək iddia edib ki, icra başçılarının 90%-i bu işlə məşğuldurlar:

“O pulu hardan ala bilər? 1000 manata yaxın maaş alır. Yalnız rüşvət və korrupsiya! Bir o deyil ki, icra başçılarının 90%-i bu işlə məşğuldur. Bir məsələnin tərəfdarıyam: İcra baçşılarının əmək haqlarına baxılsın. Necə ki, dövlət başçısı hakimlərin maaşını artırdı, elə də icra başçılarının maaşını artırmaq lazımdır. Və demək lazımdır ki, sənə verilən budur, əlini sakit qoy, başqa neqativ hallar olmasın”.

Qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna 275 min dollar (450 manat) dəyərində avtomobil aldığı haqda məlumatlar yayılıb.