Hamının gözlədiyi GÜN ÇATDI – Son qərar veriləcək

Baxış sayı:
2428

Casusluqda, FETÖ və PKK terror təşkilatları ilə əlaqələrdə ittiham edilərək 35 il həbsi istənilən amerikalı rahib Endryu Branson bu gün 4-cü dəfə hakim qarşısına çıxarılacaq.
Muxalifet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Branson İzmirdə ev həbsində olduğu evdən mühakimə olunacağı məhkəmə binasına aparılıb.
Qeyd edək ki, Branson Türkiyədə hələ 2016-cı ildə həbs edilib. O, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunur.
ABŞ prezidenti Donald Tramp yayda Ankaradan rahibi azad etməyi tələb edib və ölkədən idxal edilən polada və alüminiuma əlavə rüsumları tətbiq edib.
İddiaya görə, tərəflər arasındakı razılaşmaya əsasən, Branson azad ediləcək və ABŞ sanksiyaları ləğv edəcək.