​Hamilə qadın güllələnərək öldürüldü – Sanatoriyada dəhşətli qətl

Baxış sayı:
4657

Naftalan şəhərində qəsdən adam öldürməkdə təqsirli bilinən 1956-cı il təvəllüdlü Əli Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, bu ilin martın 28-də 1987-ci il təvəllüdlü rayon sakini Günay İsayeva Naftalan şəhərindəki “Sehrli Naftalan” sanatoriyasında güllələnib.
O, ağır vəziyyətdə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tibbi yardım göstərilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini Əli Hüseynov şübhəli şəxs qismində saxlanılıb.
Məlum olub ki,Ə Günay İsayeva sanatroiyada qeydiyyatçı, Əli Hüseynov isə sürücü işləyib.
İstintaq araşdırması zamanı 31 yaşlı qadının güllələnərək öldürülməsi hadisəsinin təfərrüatı məlum olub.
Tanışı tərəfindən qətlə yetirilən Günay Zeynalova ailəli olub və hamilə imiş.
Bildirilir ki, sanatoriyada qeydiyyatçı işləyən qadının 2 yaşında bir övladı varmış və bir neçə ay sonra yenidən ana olmağa hazırlaşırmış.
Hadisəni törədən Qızılhacılı kənd sakini Əli Hüseynov da qadının hamilə olmasından xəbərdar olub.
Qətl hadisəsi pul mübahisəsinə görə baş verib.
Belə ki, Əli Hüseynov avtobus sürücüsüdür. Onun əsas işi sanatoriyaya dincəlməyə gələnlərin Göy-göl, Hacıkənd, Toğana kimi yerlərə gəzintilərini təşkil etmək olub.
Avtobus sürücüsünə bu işdə Naftalan şəhərindəki sanatoriyalarda işləyən inzibatçı xanım kömək edib.
Zaman keçdikcə Günay Zeynalovanın Əli Hüseynova borcu yaranıb və onların arasındakı işgüzar münasibət pozulub.
Qeyd edək ki, hadisədən sonra saxlanılan Əli Hüseynov ailəli olub və müsbət xarakterli şəxs kimi tanınıb.
İstintaq orqanı tərəfindən Əli Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham elan edilib.
Növbəti proses iyulun 30-da davam edəcək.