​Hamilə qadın cərrahiyyə stolunda keçindi – HƏKİM SƏHLƏNKARLIĞI

Ağcabədidə növbəti həkim səhlənkarlığından 3 azyaşlı uşaq anasız qaldı

Ağcabədi rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində ölüm hadisəsi baş verib. Hurriyyet.org-a verilən məlumata görə, şöbənin müdiri Vüsal Ağayevin əməliyyat etdiyi 32 yaşlı Nurlana Quliyeva həyatını itirib.
Belə ki, qeysəriyyə əməliyyatı olunan ana növbəti övladını dünyaya gətirərkən qanaxmasından əməliyyat stolunda dünyasını dəyişib. Nəticədə qadının 3 az yaşlı övladı anasız qalıb.
Hadisə sentyabrın 7-də axşam saat 22 radələrində baş verib. Xəstəxanadan adının çəkilməsini istəməyən tibb işçilərindən birinin verdiyi məlumata görə, ölüm hadisəsində həkim məsuliyyətsizliyi ciddi rol oynayıb, qadının əməliyyata götürülməzdən öncə səhhətində heç bir problem olmayıb.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən Safayə Əhmədova dedi ki, iş gününün sonu oldunua görə, hadisə barədə növbəti gün araşdırılma aparılıb məlumat veriləcək.
Ağcabədi rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlaya bilməsək də, Təcili Tibbi Yardım Xəstəxanasından fakt təsdiqlənib.
 Hurriyyet.org
P.S. Mövzunu araşdıracağıq.