Hamilə Natavan xəstəxanaya yerləşdirildi

Baxış sayı:
5917

Hamiləliyinin son günlərini yaşayan müğənni Natavan Həbibi xəstəxanaya yerləşdirilib.
Bu barədə onun həyat yoldaşı, reper Dado məlumat verib.
Xəstəxanadan fotosunu paylaşan reper “inşallah” şərhini yazaraq, övladının dünyaya gəlməyə hazırlaşdığına işarə edib.
İzləyicilər isə Dadoya “Sağ-salamat dünyaya gəlsin” deyə, arzularını bildiriblər.
Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların oğlu dünyaya gələcək./big.az